Cəbhə xəttində atəşkəs yenə pozuldu

Cəbhə xəttində atəşkəs yenə pozuldu
Bütün Xəbərlər
10:05 28.07.2012
1213
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 27-də və 28-nə keçən gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində; Füzuli rayonunun Qorqan və Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən atəşkəs rejimini pozublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
OXŞAR XƏBƏRLƏR