"Cəbhədə baş verən bütün hadisələrdən xəbərimiz var" –Vaqif Dərgahlı

"Cəbhədə baş verən bütün hadisələrdən xəbərimiz var" –Vaqif Dərgahlı
Bütün Xəbərlər
14:14 05.11.2015
803
Hərbi xidmətdə olmayan jurnalistlər akkreditasiyadan keçə bilməyəcəklər.
Ötən ilin avqustunda cəbhədə baş verən hadisələrlə bağlı jurnalistlərin bəziləri qeyri-obyektiv məlumatlar yayımlayıblar.
AZXEBER.COM  Report-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyi, Mətbuat­ Şurası və “Dinc Dünya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən və ekstremal situasiyala­rda işləyən jurnalistlərin psixoloji hazırlığına və təcrübə öyrədilməsinə həsr olunan tədbirdə çıxış edən MN-nin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
Onun sözlərinə görə, bu hadisələrdən sonra Müdafiə Nazirliyi ordu haqqında yazan jurnalistləri cəbhə bölgəsinə göndərib.
“Bəzən jurnalistlər cəbhə bölgəsində baş verən hansısa hadisə ilə bağlı bizdən məlumatlı olub-olmadığımızı soruşurlar. Bizim cəbhədə baş verən bütün hadisələrdən xəbərimiz var. Sadəcə, onun ictimaiyyətə necə çatdırılması rəhbərliyin razılığı əsasında mümkündür”, - deyə, o, bildirib.
V.Dərgahlı bildirib ki, Müdafiə Nazirliyində akkreditasiyadan keçmiş jurnalistlərə tezliklə akkreditasiya kartları veriləcək:
“Bu akkreditasiya bizim hansı jurnalistlərlə işləməyimizə şərait yaradacaq. Bəzən olur ki, bir mətbuat orqanından 3 ayrı jurnalist bizə eyni məsələyə görə müraciət edir”.
Nazirlik sözçüsü deyib ki, akkreditasiya zamanı jurnalistlərin hərbi xidmətdə olub-olmaması yoxlanılır.
OXŞAR XƏBƏRLƏR