Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlandı

Cəbrayılda dağıdılmış evlərdə xeyli sayda mina aşkarlandı
SOSİAL
10:35 04.02.2022
219
Cəbrayılda xeyli sayda mina aşkarlanıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarınının keçirdikləri tədbir zamanı dağıdılmış evlərdən birində minalar aşkar edilib.

Aşkar edilən 160 ədəd tank və piyada əleyhinə mina aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR