“Cəfər Cabbarlının heykəlinin bərpasına mütəxəssislər cəlb olunub”

“Cəfər Cabbarlının heykəlinin bərpasına mütəxəssislər cəlb olunub”
MƏDƏNİYYƏT
11:57 18.01.2026
808
"Azərbaycanfilm” kinostudiyasının həyətində yerləşən dahi dramaturq Cəfər Cabbarlının heykəlinin baxımsız vəziyyətdə olması bir neçə aydır sosial şəbəkələrdə müzakirə olunur. Heykəltəraş Kamal Ələkbərovun müəllifi olduğu abidənin postamenti dağılıb, heykəl getdikcə yararsız hala düşür.

Bir müddət əvvəl Mədəniyyət Nazirliyindən kinostudiyanın, o cümlədən abidənin bərpa olunacağı açıqlansa da, hələ də təmir işlərinə başlanılmayıb.

AZXEBER.COM xəbər verir ki,  Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sosial şəbəkə hesabında paylaşım edilərək C.Cabbarlının heykəli ilə bağlı müraciətə indiyəcən icraçı təyin olunmadığı bildirilib.

İttifaq kino sahəsi ilə bağlı müraciətlərə cavabların gecikdirildiyini, ortaya bürokratik əngəllərin çıxdığını iddia edib: "Film istehsalçılarının tez-tez rast gəldiyi problemlərdən biri kino sahəsində aidiyyəti orqanlara yazılı müraciətlərə cavabların gecikməsidir. Məsul şəxsin məzuniyyət və ya ezamiyyətdə olması hallarında səlahiyyətlərin ötürülməməsi də işləri ləngidir. Məsələn, AKİ katibliyindən aidiyyəti orqana "Azərbaycanfilm” studiyasının həyətində yerləşən C.Cabbarlının heykəli ilə bağlı bu il yanvarın 8-i edilən müraciətə indiyəcən icraçı təyin olunmayıb, məktub aidiyyəti şöbəyə göndərilməyib.

Çəkiliş icazələri ilə bağlı müraciətə artıq çəkilişlər bitəndən sonra reaksiya verilməsi halları da olub. Qəribəsi budur ki, bu hal dövlət hesabına, aidiyyəti orqan tərəfindən sifariş verilmiş filmə aid olub. Məktublara əlavə edilmiş sənədlərin itməsi, səbəb göstərilmədən yenidən tərtib edib təqdim olunması cavablarına da rast gəlinir. Ancaq film istehsalı haqda ətraflı təsəvvürü olan, amalı kinematoqrafımızın inkişafı olan məmur yanaşması obyektiv səbəbdən yaranmış çətin kargüzarlıq tələblərinin öhdəsindən uğurla gələ bilər. Maraqlı tərəfləri, aidiyyəti orqanların əməkdaşlarını film istehsalının dinamikasının saxlanılması, bürokratik əngəlləri aşmaq üçün daha operativ və məhsuldar işə çağırırıq”.

Xatırladaq ki, ötən ilin noyabrında Mədəniyyət Nazirliyi açıqlama yayaraq Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının bərpası ilə bağlı iş aparıldığını bildirmişdi. Qeyd olunurdu ki, layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin restavrasiyasıdır. Restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq.

Kino Agentliyindən Qafqazinfo-ya cavab olaraq bildirilib ki, kinostudiyada bu il artıq bərpa işlərinə başlanılması planlaşdırılıb:

"Cəfər Cabbarlı adına kinostudiyanın ərazisində yerləşən heykəlin bərpası ilə bağlı hazırda planlı şəkildə restavrasiya işlərinə başlanılıb. İşlər müvafiq qaydalara uyğun olaraq aparılır və yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı