Cəlal Əliyevdən ziyalılara mesaj: "Elmlə məşğul olan adam dünəni, bu günü yox, sabahı, o biri günü görməlidir"
Bütün Xəbərlər
22:20 10.11.2011
1676
"Elmlə məşğul olan insanın əsas məqsədi həmişə qabağa baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir. Dünyada həyata keçirilən hər hansı bir elmi prosesi təkrar etmək elmə töhfə vermir, yeni ideyalarla çıxış etmək lazımdır.AZXEBER.COM-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, akademik Cəlal Əliyev AzərTAc-a müsahibəsində bildirib.Akademik deyib ki, hələ ötən əsrin 70-ci illərində mərhum dövlət başçısı Heydər Əliyev keçmiş SSRİ-nin müxtəlif respublikalarına hər il yüzlərlə tələbə göndərirdi. İndi onlar xaricdə maraqlı elmi axtarışla məşğuldurlar. Elmin yeni sahələrində işləyən bu azərbaycanlılar, ilk növbədə, Azərbaycan xalqının qürurudur.SSRİ dövründə yerli ali məktəbləri bitirən istedadlı tələbələrin onun təşəbbüsü ilə seçilib müxtəlif elm mərkəzlərinə, xüsusilə Sankt-Peterburqa, Novosibirskə göndərildiyini deyən akademik Cəlal Əliyev qeyd edib ki, o vaxt Novosibirskdə elmi mərkəz fəaliyyət göstərirdi.