Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib
Cəlilabad Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub. AZXƏBƏR.COM xəbər verir ki,bu barədə “Report”un sorğusuna cavab olaraq RİH-dən bildirilib.
Məlumata görə, Vidadi Dövlətov RİH başçısının birinci müavini vəzifəsinə təyin edilib.
V.Dövlətov bu təyinata qədər Cəlilabad rayonunda çalışıb.
“Hazırda Təhsil Şöbəsinin müdiri vəzifəsi vakantdır”, - RİH-dən bildirilib.
Qeyd edək ki, RİH başçısının birinci müavini Asif Əzizov ötən ay vəzifəsindən azad edilib.