Ötən gün saat 23 radələrində Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Qarazəncir kəndinin qeydə alınıb.
Həmin kənd ərazisində Əsəd Quliyev idarə etdiyi “VAZ-21061” markalı avtomobillə yolu keçən azyaşlı Fatimə Məlikovanı vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.