Cəlilabadda bir ay əvvəl alınan ev külə döndü

Cəlilabadda bir ay əvvəl alınan ev külə döndü
SOSİAL
15:30 15.11.2026
65
Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.

Adil Əliyevə məxsus, kürsülü və birmərtəbəli, sahəsi 80 kvadratmetr olan evdə qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub. Yanğın nəticəsində ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Məlumata görə, ev təxminən bir ay əvvəl alınıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR