Cəlilabadda iki avtomobil toqquşdu - yaralananlar var

Cəlilabadda iki avtomobil toqquşdu -  yaralananlar var
Bütün Xəbərlər
00:39 09.09.2013
753

Cəlilabad şəhərində "Mercedes" və VAZ markalı avtomobillər toqquşub.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü muxtəlif bədən xəsarətləri alıb. O, yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla, avtomobildən çıxarılıb və təcili yardım xidmətinə təhvil verilib.

VAZ markalı avtomobilin sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılaraq rayon mərkəzi xəstəxanasına aparılıb.

OXŞAR XƏBƏRLƏR