Cəlilabadda iki avtomobil toqquşub - 2 ölü, 3 yaralı

Cəlilabadda iki avtomobil toqquşub - 2 ölü, 3 yaralı
Bütün Xəbərlər
14:22 14.11.2013
935

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ələt-Astara yolunun 137-ci kilometrliyində Cəlilabad rayonu ərazisində "LADA PRİORA" markalı minik avtomobili "VAZ" markalı minik avtomobili ilə toqquşub.

AZXEBER.COM-un FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "LADA-PRİORA" markalı minik avtomobilinin sürücüsü 1987-ci il təvəllüdlü İmanov Elvin Eynulla oğlu və onun sərnişini 1975-ci il təvəllüdlü Alışov Kamil Əliqusad oğlu hadisə yerində vəfat edib, digər sərnişini və "VAZ" markalı avtomobildə olan 2 nəfər xəsarət alıblar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə cəsədləri və xaəsarət alan 3 nəfəri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR