Cəlilabadda orta məktəbdə yanğın olub

Cəlilabadda orta məktəbdə yanğın olub
Bütün Xəbərlər
20:00 26.12.2013
723

Cəlilabad rayonunda orta məktəbdə yanğın baş verib.

Yanğın rayonun Adnalı kənd tam orta məktəbində qeydə alınıb.Günorta saatlarında başlayan yanğın 278 kv.m ərazini əhatə edib. Hadisə baş verən zaman məktəbdə olan şagirdlər sinif otaqlarından təxliyə edilib.Hadisə yerinə cəlb olunan iki yanğınsöndürən və canlı briqada tərəfindən yanğın söndürülərək əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.Xoşbəxtlikdən xəsarət alan olmayıb.Hadisənin başvermə səbəbləri barədə dəqiq məlumat olmasa da, yanğının sinif otaqlarından birindəki odun sobasından qaynaqlandığı versiyası istisna edilmir.Hadisə ilə bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR