Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.ANS PRESS-in məlumatına görə, hadisə rayonun 20 yanvar küçəsindəki bələdiyyəyə və vətəndaşa məxsus ərazilərdə qeydə alınıb.Quru otluq sahəsində başlayan yanğın tez bir zamanda şam ağacları olan əraziyə doğru genişlənməyə başlayıb. Nəticədə yaşıllıq zolağındakı şam ağaclarının bir hissəsi alovun təsirindən tamamilə yanıb.Hadisə yerinə çağırılmış Cəlilabad yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikalarının köməyi ilə alovun digər yaşıllıq zolağına keçməsinin qarşısı alınıb.Ümümilikdə isə yanğın zamanı yarım hektar ərazidə vətəndaşa məxsus biçilmiş əkin sahəsi və eyni ölçüdə olan yaşıllıq zolağındakı ağaclara ziyan dəyib.Alovun nədən qaynaqlandığı məlum deyil.