Cəlilabad rayonunda yol qəzası baş verib.
AZXEBEE.COM report.az-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KamAZ" və "İsuzu" markalı iki yük avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.