'Cəmiyyət' gəlir - YENİ QƏZET

MEDİA
11:59 13.09.2012
1433
Bu həftədən etibarən yeni bir qəzet fəaliyyətə başlayır. “Cəmiyyət” adlanacaq həftəlik qəzetdə müasir dövrdə beynəlxalq aləm, regional və ölkə daxilində baş verən hadisələrin ciddi analizlər, araşdırma və müsahibələr yer alacaq.

Qəzetin əməkdaşı Oktay Hacımusalının AZXEBER.COM-a verdiyi məlumata görə, qəzet hələ ki, həftəlik mətbu olaraq bazara girməyi planlaşdırır: “Çalışacağıq ki, bir – birindən maraqlı yazılarla, analitik araşdırmalarla oxucularımızın görüşünə gələk.

Bir məqam var ki, bir mətbu orqanı necə başladınsa, o cür də davam edəcək. Püxtələşmiş komandamıza güvənirik. Və inanırıq ki, “Cəmiyyət” qəzeti cəmiyyətdə yeni bir fikrin formalaşmasına rəvac verəcək.”.

Oktay Hacımusalı daha sonra qeyd edib ki, hər bazar günü köşklərdə olacaq qəzetin saytı da yaxın günlərdə fəaliyyətə başlayacaq.

OXŞAR XƏBƏRLƏR