Üçəmlərə yardım ediləcək

Üçəmlərə yardım ediləcək
Bütün Xəbərlər
19:00 11.09.2013
988

Bakı şəhərində bir ay əvvəl dünyaya gəlmiş üçəmlərin ehtiyac içərisində olması ilə bağlı xəbər artıq ölkə səviyyəsində böyük əks-sədaya səbəb olub.  Xəyalə Novruzovanın avqustun 6-da dünyaya gətirdiyi üçəmlərin problemi ilə bağlı məlumat ictimailəşdikdən sonra ailəyə köməklik edilməyə başlanıb. Hətta uşaqların taleyi ilə yüksək vəzifəli şəxslər də maraqlanıb, həmin ailəyə köməklik edəcəklərini söz veriblər. Bu gün körpələrin nənəsi Şərqiyyə Novruzova milli.az-a zəng edərək təşəkkürünü bildirib: “Sizin yazıdan sonra ailəmizə köməklər edilir. Uşaq bezləri, geyimlər, yeməklər, beşiklər gətirilir. Səsimizi millətimiz eşitdi. Hamıya təşəkkür edirəm. Bilməzdim ki, səsimizi eşidərlər”. Qeyd edək ki, bir neçə gün əvvəl Ş.Novruzova uşaqların beşiyinin, uşaq arabasının olmadığını, yeməyini çatdırmadığını demişdi.

OXŞAR XƏBƏRLƏR