FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış oyununa biletlər aprelin 16-dan etibarən çempionatın rəsmi səhifəsi olan fifa.com/azerbaijan2012–də satış üçün aktiv edilib. AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi məlumata görə, sentyabrın 22-də, saat 19:30-da keçiriləcək açılış mərasimində ölkəmizdə ilk dəfə olaraq dünya şöhrətli pop ulduz Cenifer Lopesin də iştirak edəcəyi gözlənilir. İyunun 16-dan etibarən hər kəs satış nöqtələrinə yaxınlaşıb kağız bilet əldə edə, həmçinin onlayn əldə etdiyi bilerləri dəyişdirə bilər. Satış nöqtələrinin ünvanları: 1. Bakcell müştəri xidmətləri – Nizami 83 filialı 2. Xalq Bank – Neftçilər filialı 3. Park Bulvar Alış Veriş Mərkəzi – 1-ci mərtəbə