ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi helikopterin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib.
Bu barədə CENTCOM-un "X” hesabında məlumat verilib.
Bildirilib ki, İranın dövlət mediası tərəfindən iddia edildiyi kimi, "MH-60R” helikopteri qəzaya uğramayıb və ya vurulmayıb.
"Bütün ABŞ hərbi uçuş vasitələri təhlükəsiz şəraitdə öz yerindədir”, - məlumatda qeyd olunub.











































