CENTCOM: İrana qarşı blokadanı yarmağa çalışan 136 gəminin istiqaməti dəyişdirilib

CENTCOM: İrana qarşı blokadanı yarmağa çalışan 136 gəminin istiqaməti dəyişdirilib
DÜNYA
18:21 12.06.2026
233
İrana qarşı dəniz blokadası çərçivəsində indiyə qədər 136 gəminin istiqaməti dəyişdirilib, blokadanı yarmağa çalışan 9 gəmi isə sıradan çıxarılıb.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı - CENTCOM məlumat yayıb.

Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələri regional sularda həyata keçirdiyi patrul vasitəsilə blokadanın qüvvədə olmasını təmin edir.

Qeyd edək ki, ABŞ və İran arasında imzalanması gözlənilən 14 maddəlik razılaşmada Vaşinqton dəniz blokadasının 30 gün ərzində ləğv edilməsini öhdəsinə götürüb.
OXŞAR XƏBƏRLƏR