Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır

Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır
DÜNYA
23:51 08.10.2026
90
Cənubi Koreya hökuməti Şimali Koreyalı məhbuslarla bağlı vəziyyətlə bağlı fikir ayrılıqlarına görə Kiyevdəki səfirini geri çağırmaq qərarına gəlib.

"Yonhap" xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir. 

"Hökumət Ukraynadakı səfirini Seula geri çağırmaq qərarına gəlib. Ümid edirik ki, iki ölkə arasında müxtəlif məsələlər müvafiq şəkildə həll olunacaq və bu məqsədə çatmaq üçün Ukrayna tərəfi ilə məsləhətləşmələri davam etdirəcəyik", - deyə açıqlamada qeyd olunub. 

Nazirlik əlavə edib ki, Seul ölkələr arasında müxtəlif məsələlərin həlli üçün Ukrayna tərəfi ilə məsləhətləşmələri davam etdirəcək.
 
///unikal///
OXŞAR XƏBƏRLƏR