Ceyhan Bələdiyyəsi Xocalı soyqırımını rəsmən tanıdı

Ceyhan Bələdiyyəsi Xocalı soyqırımını rəsmən tanıdı
Bütün Xəbərlər
14:30 22.02.2012
1445

Ötən gün Ceyhanda Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı konfrans keçirilib.

AZXEBER.COM-un məlumatına görə, Xocalı konfransda soyqırımı barədə ətraflı məlumat verilib.

Millət vəkili Qənirə Paşayevanın iştirak etdiyi konfransda Ceyhan bələdiyyə başqanı Hüseyn Sözlü çıxış edərək Xocalı Soyqırımından danışıb. O deyib ki, Ceyhan bələdiyyəsi bir bələdiyyə olaraq Xocalı soyqırımını tanıyıb və bununla bağlı rəsmi sənəd qəbul edib.

Qənirə Paşayeva isə bu barədə açıqlamasında bildirib: “Biz inanırıq ki, Ceyhan bələdiyyəsinin bu qərarını Türkiyəmizin bütün digər bələdiyyələri də qəbul edəcək” Gülnarə Bayramova
OXŞAR XƏBƏRLƏR