Ötən gün Ceyhanda Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı konfrans keçirilib.
AZXEBER.COM-un məlumatına görə, Xocalı konfransda soyqırımı barədə ətraflı məlumat verilib.
Millət vəkili Qənirə Paşayevanın iştirak etdiyi konfransda Ceyhan bələdiyyə başqanı Hüseyn Sözlü çıxış edərək Xocalı Soyqırımından danışıb. O deyib ki, Ceyhan bələdiyyəsi bir bələdiyyə olaraq Xocalı soyqırımını tanıyıb və bununla bağlı rəsmi sənəd qəbul edib.
Qənirə Paşayeva isə bu barədə açıqlamasında bildirib: “Biz inanırıq ki, Ceyhan bələdiyyəsinin bu qərarını Türkiyəmizin bütün digər bələdiyyələri də qəbul edəcək” Gülnarə Bayramova