Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb

SİYASƏT
19:37 28.10.2020
440
Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiyadan İqor Popov, ABŞ-dan Andrew Schofer və Fransadan Stefan Viskonti ilə telefon danışıqları baş tutub.

Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidmətindən bildirilib.

Nazir Ceyhun Bayramov həmsədrlərə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin bir daha kobud şəkildə pozulması barədə məlumat verib. O, 27-28 oktyabr 2020-ci il tarixlərində Bərdə şəhərində dinc Azərbaycan əhalisinin məqsədyönlü şəkildə hədəf alındığını vurğulayıb. Nazir Ermənistan silahlı qüvvələrinin münaqişə bölgəsindən uzaqda yerləşən şəhərlərdəki günahsız mülki şəxslərə, o cümlədən uşaqlara və qadınlara xaincəsinə hücum etdiyini bildirib. Nazir Ceyhun Bayramov, həmçinin həmsədrlərə Ermənistan tərəfindən növbəti dəfə törədilən hərbi cinayət nəticəsində mülki əhali arasında ağır tələfat barədə məlumat verib.

Nazir Ceyhun Bayramov həmsədrləri Azərbaycan mülki vətəndaşlarına qarşı bu qeyri-insani hərəkətləri pisləməyə çağırıb.

ATƏT-in Minsk Qrupu həmsədrləri mülki şəxslərin həyatını itirməsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Bölgədəki gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:59 02.12.2020

Ədliyyə naziri xarici həmkarlarına müraciət ünvanladı

19:44 02.12.2020

Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşdü - FOTO

19:35 02.12.2020

Emin Hacıyev: “Laçının işğaldan azad olunması Azərbaycanın tarixi Qələbəsinin təsdiqidir”

19:30 02.12.2020

Rusiyalı politoloq: "Laçının qaytarılması Azərbaycanın həm də siyasi nailiyyətidir"

19:14 02.12.2020

Maradonanın son mesajı yayımlandı

19:03 02.12.2020

Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi

18:53 02.12.2020

İranda ötən sutka 362 nəfər koronavirusdan öldü

18:41 02.12.2020

İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyanın xüsusi sessiyasının gündəliyi açıqlandı

18:26 02.12.2020

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var - VİDEO

18:15 02.12.2020

Paşinyan geri çəkildi, Ermənistanda bir sıra qadağalar aradan qaldırıldı

17:45 02.12.2020

Azərbaycan əsgəri erməniyə: "Mənə qardaş demə” - VİDEO

17:20 02.12.2020

DTX livanlı muzdlu-terrorçunu məsuliyyətə cəlb etdi, görüntülərini yaydı - VİDEO

17:13 02.12.2020

Azərbaycanda şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verildi - RƏSMİ

17:11 02.12.2020

“AccessBank”da yeni İcraçı Direktorlar təyin edildi

16:37 02.12.2020

Firdovsi Umudov iki gözünü itirən qazini ziyarət etdi - Video

16:34 02.12.2020

Azərbaycanda bələdiyyə sədri koronavirusdan vəfat etdi