Ceyhun Bayramov Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirdi

SİYASƏT
15:14 28.07.2021
969
"Ermənistan tərəfindən hələ də destruktiv mövqe nümayiş etdirilir".

AZXEBER.COM xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ölkədə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Nazir qarşı tərəfin son zamanlar sərhəd bölgəsində vəziyyəti gərginləşdirmək cəhdlərini qınayıb və Ermənistanı təxribatlardan əl çəkərək iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara başlamasının regional sülh və təhlükəsizliyin təmin olunması baxımından vacib olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR