Ceyhun Osmanlı İctimai müzakirədə iştirak edib

GƏNCLİK
18:22 30.04.2011
1952

Təqdimat Millət Vəkili, “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı tərəfindən aparılıb.

 

Təqdimatda Gənclər hərəkatı, Gənclərin şəbəkələşməsi, imkansız gənclərin sosial və iqtisadi inkişafına yönələn siyasətin formalaşmasında gənclər təşkilatlarının rolu, Gənclər təşkilatlarının yerli və beynəlxalq təşkilatlarda təmsil olunması, 2011-2015-ci illər üçün qəbul olunacaq Azərbaycan Gəncliyi Dövlət Proqramına təklif və tövsiyyələrin verilməsi məsələləri müzakirə olunub.

Təqdimatda Save the Children (Uşaqların Xilası) beynəlxalq təşkilatı, “Ümidli Gələcək” Gənclər təşkilatı, Azərbaycan Gənclər İttifaqı, “DAN” beynəlmiləlçi gənclər təşkilatı, “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi, “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyasının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

“Yeniyetmələr üçün Həyat Bacarıqları” layihəsi Save the Children beynəlxalq təşkilatı, “Ümidli Gələcək” Gənclər təşkilatı ilə birgə, Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihənin məqsədi imkansız uşaq və gənclərin peşə hazırlığını artırmaq, onların həyat bacarıqlarını inkişaf etdirmək və yaşadıqları müəssisələri tərk etdikdən sonra müstəqil fəaliyyət göstərmək üçün müvafiq işlə təmin olunmalarına yardım göstərməkdir. Eyni zamanda, həyata keçirilən proqram uşaq və gənclərin inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının institusional bacarıqlarını inkişaf etdirilməsinə də öz töhvəsini verir.

 

OXŞAR XƏBƏRLƏR