Bu baxımdan ola bilər ki, bu on bir min gəncin içində otuz-qırx nəfərin fəaliyyəti qanuna uyğun gəlmir və ya qeyri-qanuni çağırışlar edirlər".
Millət vəkili Ceyhun Osmanlı çıqlamasında deyib ki, bu kimi çağırışlar edən şəxsləri bütün on bir min gəncə şamil etmək doğru və ədalətli addım olmazdı. Xaricdən ölkə daxilinə edilən təsir məsələsinə toxunduqda isə C. Osmanlı vurğulayıb ki, təsir iki cür ola bilər: həm müsbət, həm də mənfi: “Əgər biz xaricdən müasir təhsil, tibb, yüksək mədəniyyətin göstəricisi olan elm və texnologiya sahəsində gələn təsirləri mənimsəyiriksə, bu müsbətdir. Lakin mənfi təsirlərə gəlincə. Bilirsiniz, bir çox xarici qüvvələr vardır ki, Azərbaycana qarşı qeyri-adekvat münasibət bəsləyirlər, inkişafını istəməyən, dövlətimizin müstəqil siyasəti ilə barışmayan qüvvələr vardır ki, hansı ki, onlar müəyyən təsir etmək istəklərini biruzə verirlər. Təbii olaraq belə qüvvələr öz təsirlərini effektli etmək üçün münbit şərait axtarırlar. Münbit şərait nədir? Yəni cəmiyyətdə qarşıdurma yaradaraq, dövləti zəiflədərək öz istəklərinə nail olmaq. Lakin bu gün hesab edirəm ki, Azərbaycan cəmiyyətinin təhsil səviyyəsi, Azərbaycanda olan güclü dövlətçilik ənənələri Azərbaycandakı bu sabitliyi pozmağa cəhd edən qüvvələrin qarşısında böyük bir maneədir. Bu baxımdan hər hansı bir fəaliyyət qanuna əsaslanmalıdır. İstər müxalifət partiyaları, istərsə də iqtidar partiyaları olsun, fərq etməz bu qanuna əsaslanmalıdır. Az bir qismin maraqlarını böyük bir çoxluğa şamil etmək hesab edirəm ki, düzgün deyildir. Hər bir tərəf bəyanatlar verərkən məsuliyyətli olmalıdır”.
Eyni zamanda Azərbaycanda və ya xaricdə təhsil alan gənclər ifadəsini də çox hallandırmağa da ehtiyac yoxdur. Millət vəkili deyir ki, bütün gənclər Azərbaycan ətrafında birləşib ümumi maraqlar naminə fəaliyyət göstərməlidir. Belə ki, bu cür sözlər gənclərin parçalanmasına yönələ bilər: “Hər kəsin fərqli fikirləri ola bilər. Hər kəsin ölkənin inkişafı ilə bağlı fərqli düşüncələri ola bilər. Amma biz bunu ayıran cəhət yox, ortaq intellektual xəzinəmiz olaraq qiymətləndirməliyik və bu xəzinəni qiymətləndirməyi bacarmalıyıq”.
/// sia.az