Forum çərçivəsində plenar iclas, həmçinin 4 dəyirmi masa keçirilmişdir.
Nitqi zamanı millət vəkili postsovet məkanında yaranmış siyasi, etnomədəni xarakterli problemlərə toxunub, lakin bu problemlərin Azərbaycan-Rusiya əlaqələrinə təsir göstərməməsinin sevindirici hal olduğunu söyləyib.
Ceyhun Osmanlı, həmçinin Rusiya-Azərbaycan siyasi-iqtisadi əlaqələrinin saxlanılmasında və möhkəmləndirilməsində ümumilli lider Heydər Əliyevin rolunu, həmçinin mədəniyyət və elm sahələrində ikitərəfli əlaqələrin inkişafında Azərbaycan və Rusiyanın bir sıra elm və mədəniyyət xadimlərinin rolunu xüsusi qeyd edib. Sonda iki ölkə arasında əlaqələrin gələcək keyfiyyətinin yüksəldilməsi üçün gənclər arasındakı münasibətlərin gücləndirilməsi üçün bütün mümkün tədbirlərin görülməsinin zəruriliyini qeyd edib
Günün sonunda Həştərxan vilayətinin qubernatoru nümayəndə heyətini qəbul edib.