Bu barədə SİA-ya açıqlamasında “İrəli” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı deyib. O bildirib ki, gənclərin idarəçiliyə cəlb olunması, onların sosial problemlərinin həlli və gənclərin potensialının tam realizə olunması üçün təşəbbüslərin dəstəklənməsi baxımından çox önəmlidir. Millət vəkilinin sözlərinə görə, proqramın qurulması üçün işçi qrupunun hər kateqoriyadan olan gənclərlə görüşüb fikirlərini nəzərə alması lazımdır.
“Çünki, biz təşəbbüslərə əsaslanan və təşəbbüslərin reallaşdığı cəmiyyət quruculuğunu yaşayırıq. Amma təşəbbüslərin peşəkarlar tərəfindən təhlil edilib, onun elmi təhlillərini də verməsi vacibdir. Çünki biz eyni zamanda, elmə əsaslanan cəmiyyət istəyirik. Proqramın müddəti 5 illik düşünülsə də onun uzaq perspektivdə hansı imkanlar aça biləcəyi də göz önundə olmalıdır. Bu gün nəzərə almaq lazımdır ki, artıq dünya surət əsrinə qədəm qoyub. İnternet dünyanı kiçildib, sürətləndirib. Dünyada məlumat almaq və bu məlumatlardan faydalanıb təşəbbüslər irəli sürmək mobilləşib və asanlaşıb. Odur ki, dünyanın hər yanında olan gənclərimizin təşəbbüslərin sürətlə reallaşdığı və dəstəkləndiyi yeni plotformalara və mexanizmlərə ehtiyacı var. Xüsusilə düşünürəm ki, yeni formatlı Gənclər Fondu və İnsan Kapitalı Fondunun yaradılması faydalı olardı. Yəqin ki, bunun kimi yüzlərlə digər təşəbbüslər olacaq və inanıram ki, yaradılacaq işçi qrup təklifləri nəzərə alacaq”, - deyə o əlavə edib.