"İrəli" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmovanın AZXEBER.COM-a verdiyi məlumata görə, 23-25 may tarixlərində keçiriləcək konfransda “Gənclər siyasət və fəaliyyətin mərkəzi kimi” və “Şərq Tərəfdaşlığı Ölkələrində gənclər siyasətinin inkişafının Avropa Biriliyi ölkələrindəki gənclər siyasətinin inkişafı ilə müqayisəsi” mövzuları ətrafında müzakirələr aparılacaq.
Konfransda Moldovanın Gənclər və İdman Naziri İon Cebanu, beynəlxalq dərəcəli ekspertlər Bəhruz Motamed-Əfşari və Stiv Vebber, UNİCEF-dən David Gvineria, Avropa Komissiyasından Frederik Varen, Avropa Birliyindən Dirk Şudel, Kornel Riskanu, Kaido Sirel və 30-a yaxın digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.
Konfransda Şərq Tərəfdaşlığı ölkələri üçün 2011-2013-cü illəri əhatə edəcək yeni regional gənclər proqramının hazırlanması müzakirə olunacaq.