Ceyhun Osmanlı: 'Bu, ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirəcək'

Ceyhun Osmanlı:
Bütün Xəbərlər
04:00 04.07.2012
1251
TransAnadolu qaz boru xətti (TANAP) layihəsinin həyata keçirilməsinə dair sazişin imzalanması o demək deyil ki, Avropaya qaz ixracını nəzərdə tutan digər layihələr öz qüvvəsini itirib. AZXEBER.COM-un məlumatına görə, bunu Milli Məclisin (MM) deputatı Ceyhun Osmanlı bəyan edib. “Hələ 15 il bundan əvvəl heç kimin ağlına belə gəlməzdi ki, Azərbaycan neft ölkəsindən nəhəng qaz ixracatçısına çevrilə bilər. Əgər Azərbaycan ən azı 30 il ərzində sabit şəkildə neft istehsal edən ölkə qismində çıxış edə bilərsə, deməli, hələ ən azı 100 il ərzində sabit şəkildə qaz istehsal edən ölkə olaraq da qalacaq” - deyə, C.Osmanlı qeyd edib. Onun sözlərinə görə, növbəti 15 il ərzində çox şey dəyişə bilər və istisna deyil ki, Azərbaycanın təbii qaz ehtiyatları indiki 2,6 trln. kubmetr həcmindən də artıq ola bilər. “Azərbaycanın Avropaya qaz ixracını nəzərdə tutan digər layihələrə də marağı var. Məlum olduğu kimi, maye qazın Avropaya digər istiqamətlərdə ixrac edilməsi ilə də bağlı layihələr mövcuddur. TANAP layihəsinə gəldikdə isə, bu həm Azərbaycan, həm də Türkiyə üçün çox vacib layihədir. Bugünkü günə Türkiyənin təbii qaza olan tələbatı ildə 40 mlrd. kubmetr təşkil edir və Türkiyə iqtisadiyyatının intensiv inkişafı ölkənin tələbatının ildə 60 mlrd. kubmetrə qədər yüksəlməsinə gətirib çıxaracaq. Hətta qazın Avropa istiqamətində ixracı variantları olmasaydı belə, TANAP-a ehtiyac olacaqdı”, - C.Osmanlı vurğulayıb. Deputat həmçinin qeyd edib ki, TANAP layihəsinin gerçəkləşməsi nəticəsində Azərbaycan həm Türkiyə, həm də Avropa qaz bazarında etibarlı tərəfdaş kimi təmsil olunacaq ki, bu da az əhəmiyyətli məsələ deyil. C.Osmanlı sözügedən məsələnin siyasi tərəfindən də yan keçməyib: “Bu layihə tamamilə Azərbaycan-Türkiyə layihəsidir. Əvvəllər Azərbaycan-Türkiyə dostluğu əsasən mənəvi köklərə üzərində qurulmuşdusa, bu gün Azərbaycan bu dostluğun iqtisadi əsasını qoyur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum layihələri, hazırda isə TANAP layihəsi buna sübutdur. Bu, ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirəcək”. Onun sözlərinə görə, TANAP yaxın 10 ildə ən böyük regional layihə olacaq. Və belə təşəbbüs müstəqil Azərbaycanın böyük qələbələrindən biridir. “Lakin bu layihənin həyata keçirilməsi digər qüvvələri də fəallaşdıra bilər. Avropa parlamentində anti-qərb və anti-NATO qüvvələr var və buna görə də, Avropa ölkələri Azərbaycana siyasi dəstəyi gücləndirməlidirlər, çünki Azərbaycan Avropanın şərq sərhədidir” – deyə, bildirən C.Osmanlı Avropa ölkələrinin Şərqə baxışlarını təkrar nəzərdən keçirməli olduqlarını vurğulayıb. O vurğulayıb ki, Avropanın problemi qitənin özündə böyük qaz ixracatçısı olan ölkənin yoxluğundadır, Azərbaycan isə Avropanın bir hissəsidir və Avropa siyasəti həyata keçirir və bu onu, bu baxımdan unikal bir ölkəyə çevirir. “Lakin Azərbaycan üçün bu, ilk növbədə iqtisadi layihədir. Avropanın faydası ondadır ki, layihəni maraqları Avropa maraqları ilə üst-üstə düşən ölkə həyata keçirir. Buna görə də, Avropa Azərbaycana qarşı çıxış edə biləcək anti-Qərb və anti-NATO qüvvələrə uymamalıdır” – deyə, C.Osmanlı bildirib. Deputatın rəyinə görə, TANAP layihəsi üzrə saziş Azərbaycanın kifayət qədər təbii qaz ehtiyatlarına malik olmaması barədə mifi dağıdıb. “Qərbdə Azərbaycanın qaz potensialının olduğuna sonadək inanmayanlar da var idi. Bəziləri Azərbaycanın hərəkətlərini yalan kimi qiymətləndirirdilər. Lakin TANAP üzrə saziş imzalandıqdan sonra onlar anladılar ki, layihəyə belə böyük investisiyalar yatıran ölkə (7 milyard dollar), öz yatırdığı vəsaitləri qaytaracağına əmindir.
OXŞAR XƏBƏRLƏR