Ceyhun Osmanlı Gənclər Fondunun 1 illik fəaliyyətindən danışdı

GƏNCLİK
16:39 26.12.2012
1554
Bu keçən 1 il ərzində Gənclər Fondu gənclərin böyük etimadını qazana bildi.  Belə ki, fond ölkənin bir çox gənclər təşkilatları, elə fərdi gənclərlə böyük uğurlara imza atdı. Buna görə də 2012-ci ili ölkəmiz və ən əsas da gənclər üçün ən uğurlu illərdən hesab etmək olar.Gün.az xəbər verir ki, bunu Gənclər Fondunun yaranmasının 1 ili münasibətilə keçirilən konfransa millət vəkili Ceyhun Osmanlı dilə gətirib. O bildirib ki, ölkəmizin dünyada artıq brendə çevrilən təşkilatları var ki, fond da onlarla yaxından əməkdaşlıq edir. “Həmçinin onu da qeyd edə bilərəm ki, region gəncləri ilə də əməkdaşlığa önəm verir. Regionlarda fondun dəstəyi ilə bir çox layihələr, təlimlər keçirilir. Bu da gənclərə olan böyük diqqətin göstəricisidir”. Millət vəkili həmçinin deyib ki, bu il xaricdə təhsil proqramına əsasən xaricdə təhsil alanların da sayı artıb. “Həmçinin gənclər təşkilatlarının sərgisinin keçiriləməsi və buraya prezidentin gəlməsi, bu sahəyə olan inkişafı və marağı daha da artırdı və ən nəhayət ölkəmizdə əhalinin sayında 2 milyon artım müşahidə olundusa, Ermənistanda bu əksinə baş verdi. Bu da uğurlu siyasətin nəticəsinin təbii ki, əyani göstəriciləridir”. C.Osmanlı onu da vurğulayıb ki, bu il dövlət proqramının həyata keçirilməsi gənclərin müxtəlif sahələrdə aktivləşməsinə böyük təkan verdi.

OXŞAR XƏBƏRLƏR