«Gənclərimiz bu gün öz ideyalarını müstəqil surətdə həyata keçirirlər. Təsadüfi deyil ki, gənclər bütün sahələrdə aktivlik nümayiş etdirərək qərarların qəbulunda, həm də idarəçilikdə öz sözlərini deyə bilirlər». Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Osmanlı deyib. C.Osmanlı bildirib ki, gənclərin öz potensialını ortaya qoyması üçün dövlətimiz lazımi dəstək verir. «Artıq cəmiyyət gənc nəslə daha çox etibar etməyə başlayıb. İnanırıq ki, gənclər də dövlətin onlara verdiyi bu imkanları daha da inkişaf etdirəcəklər»- deyə, deputat qeyd edib.