Ceyhun Osmanlı: 'İctimai yerlərdə siqaretdən istifadəyə qadağa qoyan qanun qəbul olunmalıdır'

Ceyhun Osmanlı:
Bütün Xəbərlər
16:57 27.08.2012
1284

Parlamentin qarşıdan gələn 2012-ci il payız sessiyasında, ümumiyyətlə, bu çağırış Milli Məclisdə qəbulunu arzuladığım ən vacib qanun layihələrindən biri heç şübhəsiz, ictimai yerlərdə tütün və tütün məmulatlarından istifadəyə qadağa qoyulmasını nəzərdə tutan qanunvericilik aktıdır.

Bunu gun.az-a açıqlamasında millət vəkili Ceyhun Osmanlı dilə gətirib. Millət vəkilin dediyinə görə, belə bir qanun layihəsinin qəbuluna ciddi ehtiyac var, çünki bu, cəmiyyətin sosial sifarişidir: “Biz dəfələrlə bu məsələni parlamentin gündəliyinə gətirmək istəmişik. Amma hələ ki, bu məsələ baş tutmayıb. Bu baxımdan hesab edirik ki, nəhayət, bu məsələ parlamentin gündəliyinə gətirilməli və müsbət həllini tapmalıdır”. Millət vəkili eyni zamanda xatırladıb ki, deputatlar arasında bu məsələni daha çox gündəmə gətirən həmkarı Qənirə Paşayevadır: “Təbii ki, ilk dəfə belə bir təşəbbüslə Qənirə xanım çıxış edib və bildiyim qədər də bu yöndə müvafiq qanun layihəsi hazırlayıb təqdim edib. Ancaq şəxsən mən özüm də ikiillik fəaliyyətim dövründə bir neçə dəfə bu məsələni səsləndirmişəm.
OXŞAR XƏBƏRLƏR