Ceyhun Osmanlı ilə Fuad Muradov əlbəyaxa olub?

Ceyhun Osmanlı ilə Fuad Muradov əlbəyaxa olub?
MEDİA
19:14 28.10.2011
7082
"İki gənc deputat əlbəyaxa olub. Fuad Muradovla Ceyhun Osmanlı tədbirlərin birində “atışıblar” və bundan sonra F.Muradov həmkarını Milli Parkdakı çayxanaların birinə “razborka”ya çağırıb. C.Osmanlıya ağır sözlər deyən F.Muradov hətta ona bir sillə də çəkib. Bu məlumatı “Gündəm xəbər” qəzeti dünənki sayında dərc edib. Məlumatı verən mənbə iddia edib ki, iki gənc deputat arasında çoxdan idi “soyuq müharibə” gedirdi. Tədbirlərin birində isə artıq gərginlik kulminasiya nöqtəsinə çatıb və F.Muradov həmkarının cavabını verməli olub.Mənbə qeyd edib ki, tədbirdə deputatların sözü çəp gəlib: “Düzdür, onlar protokola uyğun olaraq tədbirdə yanaşı oturmuşdular. Amma aralarının sərin olduğu hər kəsə məlumdur. Hətta tədbir boyunca deputatlar bir-birilərinə söz atıblar. Nəhayət, Ceyhunun sözü Fuada xoş gəlməyib”.Qaynağın iddiasına görə, tədbir qurtarar-qurtarmaz F.Muradov həmkarını Milli Parkın ərazisindəki çayxanaların birinə dəvət edib: “Orada Osmanlıya ağır sözləri deyib və bir sillə çəkib”.Yayılan bu xəbərə ilk reaksiyanı deputat Ceyhun Osmanlı rəsmi “Facebook” səhifəsində verib. Deputat bununla bağlı yazdığı statusda məlumatı təkzib edib: “”Səviyyəli” qəzetlərdən birinin “səviyyəli” jurnalisti yazıb ki, Ceyhun Osmanlı və Fuad Muradov dalaşıblar, hətta məsələ əlbəyaxa döyüş səviyyəsinə çatıb. İndi Berlində konfransda Fuadla bu məqaləni müzakirə edib, gülürük. Jurnalistin “səviyyəsi” özünə qalsın, amma bele gülünc və sifarişli yazılarla jurnalistikanın imicini bu yerlərə gətirdiklərinə görə, qınayıram…” AZXEBER.COM-un məlumata görə, son zamanlara qədər araları "soyuq" olan millət vəkilləri bu yaxınlarda Azərbaycan gənclərinin 6-cı forumunda barışıblar. Bu xəbərin məhz bu ərəfədə, millət vəkilləri barışandan sonra çıxması da maraq doğurur.  Mövzu ilə bağlı Fuad Muradovun da fikrini öyrənməyə çalışdıq. Amma millət vəkili telefonlarımıza cavab vermədi. Sonda qeyd edək ki, bəzi  millət vəkillərinin jurnalistlərə saymazyana münasibəti, onların suallarından yayınmaları bu tip xəbərlərin yayımlanmasına təkan verir.  Mövzuya yenidən qayıdacağıq. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır