Ceyhun Osmanlı: 'Çox istərdik ki, maaşı az olan insanlar da ev ala bilsinlər' - MÜSAHİBƏ

Ceyhun Osmanlı:
Bütün Xəbərlər
15:52 16.11.2012
1744

Milli Məclisin deputatı Ceyhun Osmanlının müsahibəsi:

- Ceyhun bəy, parlamentdə büdcə müzakirəsi ölkədə ciddi rezonansa səbəb oldu və çox maraqlı təkliflərlə yadda qaldı.

Mümkünsə siz də irəli sürdüyünüz təkliflər haqda məlumat verərdiniz...- İlk olaraq onu qeyd edim ki, sevindirici məqamdır ki, büdcə artır, sosial xərclər və büdcədən olan investisiyaların həcmi azalmır. Büdcənin strukturu, oradakı faizlər nisbəti, antiinflyasiya meyarlar çox peşəkar şəkildə hazırlanır.Hər il olduğu kimi, builki büdcə müzakirələri də çox maraqlı təkliflərlə yadda qaldı. Mən istəyirəm irəli sürdüyüm təkliflər haqda danışım.İlk olaraq mən nəqliyyat seqmentiylə bağlı təkliflə çıxış etdim. Bu Bakı-Sumqayıt yolu ilə bağlı oldu. Həm Bakıda, həm də Sumqayıtda iş yerlərinin çoxalması, həm də Bakıyla Sumqayıt arasında Xırdalan şəhərinin yerləşməsi o yolda avtomagistralda hərəkətin həddindən artıq sıx olmasına gətirib çıxarır.Artıq həmin yolda tıxaclar gündəlik hala çevrilib. Eyni zamanda bu yoldan ali məktəblərə gedib-gələn tələbələr də istifadə edir və onları da nəzərə almaq lazımdır. Mənim də təklifim ondan ibarət oldu ki, Bakıyla Sumqayıt arasında sürətli metro və ya sürətli qatar xəttinin salınmasının vaxtı çatıbdır.Düşünürəm ki, bu insanların iş gününün səmərəliyini daha da artıracaq və tıxaclara həsr olunan vaxt daha faydalı işlərə həsr olunacaq.İkinci təklifim də əslində nəqliyyat infrastrukturu ilə bağlıdır. Bilirsiniz ki, ölkəyə gələn turistlərin, eyni zamanda ölkədən turist kimi xarici ölkələrə səfər edən insanların sayı günü-gündən artır. Bu səbəbdən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə şəhər mərkəzi arasında fəaliyyət göstərəcək metro, tramvay və ya qatar xətti, ümumiyyətlə ictimai nəqliyyatının inkişafına ehtiyac var.Yalnız taksi və şəxsi avtomobillərlə hava limanına gedib-gəlmək turistlər üçün müəyyən problem yaradır. Azərbaycana gələn xarici turistlərin bizə ünvanlandığı ilk sual da məhz bununla bağlı olur. Onlar soruşur ki, nəyə görə aeroporta metro və ya qatar xidməti fəaliyyət göstərmir.- Faktdır ki, bu gün cəmiyyətdə təhsilimizlə bağlı bir çox neqativ fikirlər var. Siz parlamentdə bununla bağlı hansısa bir təkliflə çıxış etmisinizmi?- Bəli, mən təhsillə bağlı təkliflə çıxış etmişəm və Azərbaycanda Təhsil Fondunun yaradılmasının zəruriliyindən danışmışam. Düşünürəm ki, Təhsil Fondu ən azından 3 istiqamətdə fəaliyyət göstərə bilər.Birincisi – o gənclər ki, dövlət hesabına təhsil almır, onlar fonddan güzəştli kredit ala bilərlər. Bununla həmin gənclər, həm Azərbaycanda, həm də xarici özəl universitetlərdə təhsil ala bilərlər.İkincisi özəl ali məktəblər var ki, onlar öz fəaliyyətlərini genişləndirmək istəyirlər, yataqxanalar tikmək istəyirlər. Həmin universitetlər də Təhsil Fondundan yararlanmalıdırlar.Üçüncü isə peşə məktəbləri ilə bağlı məsələdir. Çox təəssüf ki, bu gün Azərbaycanda peşə məktəbləri əmək bazarıyla uyğunlaşmır.Yaponiyada bu gün dövlətin peşə məktəbləri yoxdur, orada böyük özəl şirkətlər və sənaye müəssisələri özlərinin peşə məktəblərini yaradırlar. Bu çox düzgün seçimdir. Azərbaycanda da hansısa sənaye müəssisəsi Təhsil Fondundan kredit götürə və özünün peşə məktəbini yarada bilər.Belə olan təqdirdə ixtisaslaşmış kadrların da sayı artar və onlar dərhal işlə təmin olarlar.- Bəs millət vəkili seçildiyiniz ərazi ilə bağlı hansı problemlər gündəmdədir?- Bu gün millət vəkili seçildiyim bölgənin də problemlərindən danışmaq istərdim. Sabirabad üçün xarakterik olan birinci problem qazlaşma problemidir.Bu gün orada əhalinin təxminən 30%-ə yaxını mavi yanacaqla təmin olunub, 70%-i isə yox. Düzdür, bu gün həm Sabirabad rayonunda, həm də Sabirabadın 15-ə yaxın kəndində qaz infrastrukturunun yaradılması davam edir.Lakin mövcud imkanlar və göstəricilər fonunda daha da sürətlənməsinə ehtiyac var. Sabirabadın elektrik infrastrukturunun modernləşməsi də aktual məsələlərdəndir. Onu deyim ki, bu gün Sabirabadda əhalinin 100%-i elektriklə təmin olunub.Amma çox təəssüf ki, bəzi hallarda rastlaşırıq ki, suvarma mövsümü gələndə hansısa bir elektrik stansiyası sıradan çıxır və bu mexaniki suvarmaya möhtac olan bölgələrdə böyük problemlərə yol açır. Bu səbəbdən həmin ərazilərdə elektrik infrastrukturunun müasirləşməsinə ehtiyac duyulur.Bundan başqa bilirik ki, Sabirabadda sel vaxtı kəndlərarası yollar da sıradan çıxmışdı. Onların bir hissəsi çəkilib, amma hələ də 46 km uzunluğunda 22 053 nəfər əhalisi olan 12 kəndi birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli kəndarası avtomobil yolunun əsaslı təmirinə, Sabirabad şəhərinin mərkəzində yerləşən, qəzalı vəziyyətdə olan 25 yerlik Regional Vərəm Dispanseri üçün (şəhərdənkənarda) yeni binanın tikilməsinə ehtiyac var. Bu yolların 30 km-i məhz daşqınlar vaxtı sualtında qalmışdı.- Bundan başqa Azərbaycanda hansı yeniliklərin tətbiqinə ehtiyac var?- Daha bir önəmli təklif isə tibbi sığortayla bağlıdır. Hesab edirəm ki, bu Azərbaycanda ən aktual olan məsələlərdəndir. Bu gün ölkəmizdə tibbi sığortanın fəaliyyəti üçün bir neçə amil lazımdır.Birincisi gərək ki, modern tibb infrastrukturu və peşəkar kadrlar olsun. İkincisi özəl tibbi sığorta şirkətləri inkişaf etsin. Üçüncüsü isə dövlət bu sahədə təşəbbüskarlığı ələ alsın. Çox sevindiricidir ki, bu 3 amilin hər biri inkişaf edir.Məsələn, qeyd edim ki, Cənubi Qafqazda qaraciyər və böyrək transplantasiyası məktəbi yalnız Azərbaycanda formalaşıb. Hətta qaraciyər köçürmələri Cənubi Qafqazda yalnız Azərbaycanda baş tutub. Heydər Əliyev Fondunun maliyyə dəstəyi və şəxsi təşəbbüsləri hesabına bu sahədə olan xəstələrə böyük dəstək göstərilir, lakin eyni zamanda tibbi sığorta və sistematik mexanizm olmalıdır ki, xəstəyə köçürmə lazım olanda tanışlarının, qohumlarının yanına yox, birbaşa tibbi sığortanın arxasınca getsin.Bununla bağlı onu da deyə bilərəm ki, Azərbaycanda beyin ölümüylə bağlı da qanun layihəsi yoxdur. Bilirsiniz ki, xarici ölkələrdə beyin ölümü baş verdikdə həmin şəxsin böyrəyini, qaraciyərini və ya başqa bir orqanını ehtiyacı olan insanlara köçürülməsi qanunvericiliklə mümkündür. Bizdə də belə bir qanuna və bu qanunları dəstəkləyəcək mexanizmlərə ehtiyac var.- Bu il kənd təsərrüfatı məsələsində ən çox toxunulan və qayğının artırılması tələb olunan sahələrdən biri kimi qeyd olundu. Siz bu haqda nə deyə bilərsiniz?- Bu mövzu çox dərinliyi ilə müzakirə olundu. Bununla bağlı təklifim ondan ibarət idi ki, kənd təsərrüfatı ilə bağlı ixtisaslaşmış fonda ehtiyac var. Bu gün İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Yardım Milli Fondu fəaliyyət göstərir və bu fondun Azərbaycanda milli istehsalın artmasında xidmətləri var.Lakin kəndlilərlə söhbətdə məlum olur ki, bəzən bu fondla kəndli arasında müvəkkil banklarda çıxış etdiyi üçün ünsiyyət problem yaranır, kreditlərin verilməsi zamanı bəzən banklar bürokratik əngəllər yaradır, dolayısıyla kəndli fondla bank arasında suallara cavab axtarır.Lakin necə ki, Gənclər Fondu, Elm Fondu, İnformasiya Texnologiyaları Fondu, KİV-ə Dəstək Fondu var, eləcə də kənd təsərrüfatına yardım fonduna ehtiyac var. Gərək kəndlinin, fermerin birbaşa üz tutub, kredit və ya yardım alacağı bir təsisat formalaşsın.- Parlamentdə çıxış edən deputatların çoxu ipoteka məsələsinə toxundular. Siz bu haqda nə düşünürsünüz?- Bəli, düzgün qeyd edirsiniz ki, millət vəkillərinin əksəriyyəti ipoteka kreditləri məsələsinə toxundu. Mən ipoteka kreditlərinin həcminin artmasıyla yanaşı, eyni zamanda şərtlərinin sadələşdirilməsinin tərəfdarıyam.Bunun üçün də hökumətdən xahiş edirik ki, ipoteka kreditləri ilə bağlı Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovun hökumətə etdiyi müraciətin cavabı müsbət olaraq dəyərləndirilsin və kreditlərin həcminin artmasıyla yanaşı, oradakı mənzil üçün maksimal qiymət mənzil bazarı ilə uyğunlaşsın, şərtləri sadələşdirilsin və insanlar üçün əlçatan olsun.Çox istərdik ki, maaşı az olan insanlar da ev ala bilsinlər. İnsanlar 20 il kirayədə yaşamaqdansa, o pulu öz evlərinin ipoteka borcu olaraq ödəsinlər. Prezident İlham Əliyevin də tövsiyələri məhz insanın inkişafını və onun sosial rifahını hədəfə alan bir siyasətin həyata keçirilməsindən ibarətdir.Hacıbəy HeydərliGün.Az

OXŞAR XƏBƏRLƏR