Ceyhun Osmanlıdan Rafael və Coşquna dəstək gəldi

Ceyhun Osmanlıdan Rafael və Coşquna dəstək gəldi
Bütün Xəbərlər
01:56 10.12.2012
1959
Bu gün AZXEBER.COM xəbər portalında yayımlanan "Deputat Rafael və Çoşqundan Hacıbala Abutalıbova şikayət etdi – ‘Onları yığışdırın’" adlı xəbər geniş rezonans doğurub. Xəbərdə qeyd edilir ki, Fazil Mustafa “facebook” səhifəsində Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbova məktub göndərdiyini yazıb. O icra başçısından Rafael və Coşqunun reklamlarının şəhərdən yığışdırılmasını xahiş edib.Məktub ünvana çatmadan artıq hər kəs sosial şəbəkələrdə bu mövzunu müzakirə edir. Millət vəkili Ceyhun Osmanlı da həmkarının fikrinə münasibət bildirib. O deyib ik, Rafael və Çoşqun Azərbaycanın ən istedadlı aktyorlarındandır: "Rəfael və Coşqun xanım rolları oynayan nə ilk nə də son kişi aktyorlardır. Vaxt var idi ki, xanım aktyorların qıtlığı vəya yoxluğu ucbatından belə olurdu. İndi də yəqin ki, Rəfael və Coşqunun çalışdığı teatrda düşünürlər ki, o rolları onlardan daha yaxşı oynayacaq xanım yoxdur. Yəqin tapanda artıq özləri oynamayacaq. Həm də unutmaq lazım deyil ki, bir kişinin belə rolu oynamasının özü mədəniyyət naminə bir cəsarətdir. İstənilən halda düş ünürəm ki, Rəfael və Coşqun günümüzün reallığında ən istedadlı aktyorlarımız arasındadır"
OXŞAR XƏBƏRLƏR