Ceyhun Osmanlının təklif etdiyi məsələ həllini tapdı

Ceyhun Osmanlının təklif etdiyi məsələ həllini tapdı
Bütün Xəbərlər
14:35 22.12.2012
1724

Millət vəkili Ceyhun Osmanlı oktyabr ayında keçirilən Azərbaycan Gənclərinin VI Forumunda, eyni zamanda parlamentdə bütün təhsil müəssisələrinin ƏDV-dən (əlavə dəyər vergisi) azad edilməsinin zəruri olduğu təklifini etmişdir.

AZXEBER.COM-un məlumatına görə, çıxışı zamanı millət vəkili qeyd etmişdir ki, həm təhsil müəssisələrinin təklif etdiyi xidmətlərin qiymətinin aşağı düşməsi ehtimalı, həm də təhsil müəssisələrinin şəraitinin yaxşılaşmasına şərait yaradacaq və eyni zamanda ölkəmizdə keyfiyyətli universitetlər çoxalarsa günün birində təhsil turizmindən xeyli gəlir əldə edəcəyik.

Ceyhun Osmanlı çıxışında bu təklifin gerçəkləşməsinə görə Azərbaycan Respublikasının Prezidentinə və Milli Məclisə dərin təşəkkürünü bildirmişdir.

Qeyd edək ki, 21 dekabr tarixində parlamentdə qəbul olunan «Azərbaycan Respublikasında Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» qanunda nəzərdə tutulub. Məcəllənin 164-cü maddəsinə edilən dəyişikliyə əsasən, ödənişli təhsil xidmətlərinin göstərilməsi ƏDV tutulmayan xidmətlər siyahısına aid edilib. Xatırladaq ki, indiyədək yalnız ödənişli məktəbəqədər təhsil xidmətləri ƏDV-dən azad edilmişdir. Budəfəki dəyişiklik isə təhsilin bütün növlərini və pillələrini əhatə edir.

OXŞAR XƏBƏRLƏR