Lakin bu da alınmır. Bu anda özüvü çıxış yolu olmayan əsirlər kimi hiss edirsən. Bir müddət keçir, özüvə gəlirsen. Yox, yuxunun təzələdiyi yaranın sızıltısı keçmir. Sadəcə dərk eliyirsən ki, bütün bunlar sənin barışdığın, gündəlik həyatın ümumi axarına mane olmayacaq qədər adiləşmiş həqiqətlərdir. Yuxu isə yalnız ürəyin bir neçə dəqiqəlik üsyanına səbəb olur. Əslində belə yuxunu da səbəbsiz görmürsən. Deməli arzular hələ də ölmüyüb və özün de bilmədən fikrində dolaşır.Itirdiklərin (və ya qazana bilmediklərin) hələ də qəlbindədi, hələ də seni incidir. Psixoloji gərginliyi ata bilmirsən. Nəticədə gündəlik stressin əziyyətini yuxuda çəkirsən...
Ceyhun Qara