Ceyhuna yazılan bu şeir ürəyinizi parçalayacaq - ŞEİR

Ceyhuna yazılan bu şeir ürəyinizi parçalayacaq - ŞEİR
Bütün Xəbərlər
00:37 12.01.2013
9834
AZXEBER.COM-un oxucusu Rusif Hüseynov döyülərək öldürüldüyü iddia edilən mərhum əsgər Ceyhun Qubadovun əziz xatirəsinə şeir yazıb
Susma bu ölümə, ay Vətən oğlu
Düşmüşəm vəhşi bir alay içinə,
Tapdanır qürurum, söyürlər məni, 
On əsgər yığılıb tək mənə qarşı 
Günahsız-günahsız döyürlər məni, 
İçim parçalara ayrıldı bir-bir, 
Ruhumu canımdan çəkdilər ana, 
Qəlbimi çıxarıb öz yuvasından, 
Pul edib imarət tikdilər ana...
Atasız böyüdüm yetim böyüdüm, 
Ümid anam idi, bir də sən Vətən ! 
Sənə sadiq oldum 3 ay boyunca,
Sən niyə xəyanət etdin, ay Vətən?!
Ay ana kasıb var qanlı cəbhədə, 
Başına göylərdən güllə ələnir, 
Məmurun balası dubayda qızla, 
Canına kef verib gəzir, sülənir. 
Bağışla ay ana səni də üzdüm, 
Ağlama nə olar canım çox yanır,
Elə bil qəbrimin üstə daş deyil, 
Bütün anaların yükü dayanır.. 
Ana bir istəyim daha var səndən, 
Deyin son sözümü Vətən oğluna. 
Alsın qisasımı quduz itlərdən,
 Məzarda qoy rahat uyuyum ana.
Susma bu ölümə ay Vətən oğlu, 
Haray çək, əminəm sağ qalacaqsan! 
Yox əgər susarsan, bu alçaqlığın, 
Növbəti qurbanı sən olacaqsan !
OXŞAR XƏBƏRLƏR