“Azadlıq” radiosunun canlı efirində son günlərin ən çox danışılan mövzusu əsgər Ceyhun Qubadovun ölümü müzakirə edilib.
AZXEBER.COM-un məlumatına görə, verilişdə mərhum əsgərin ölümü ilə bağlı sabah keçiriləcək askiya barədə də danışılıb.
Canlı yayıma qoşulan qonaqlardan biri də AZXEBER.COM-un baş redaktoru Əfsələddin Ağalarov olub. O sabah “Fəvvarələr meydanı”nda keçiriləcək aksiyanın bəzi qüvvələrin siyasi dvident qazanmasına şərait yaratdığını söyləyib.