“Chevrolet Azərbaycan” müştəriləri aldadır – DEFEKT AVTOMOBİLLƏR SATILIR

“Chevrolet Azərbaycan” müştəriləri aldadır – DEFEKT AVTOMOBİLLƏR SATILIR
Bütün Xəbərlər
14:10 16.01.2016
1982

“Chevrolet Azərbaycan” şirkətindən aldığı və qısa müddət sonra xarab olan avtomobil 1 ildir ki, düzəlmir.

AZXEBER.COM xəbər verir ki, bu barədə qafqazinfo-ya Ziya Səfərəliyev məlumat verib.

Z.Səfərəliyev bildirib ki, aldığı avtomobil zəmanət müddəti başa çatmamış xarab olub: “2013-cü ilin may ayında “Chevrolet” şirkətinin Zərdabi küçəsində yerləşən salonundan təxminən 14 min manata “Aveo” modelindən aldım. Avtomobilin 100 min kilometr və ya 3 illik zəmanəti var. 2015-ci ilin may ayında maşında problem yarandı, ABS-in işıqları yandı. Bu vəziyyətdə maşını sürmək təhlükəlidir. Maşını apardım servisə, orada məni bir aydan çox süründürdülər”.

Ziya Səfərəliyev qeyd edir ki, hər dəfə servis işçiləri maşına bir diaqnoz qoysalar da, yenə də problem düzəlmir:

“Əvvəl dedilər ki, proqramla bunu siləcəyik, düzələcək. Sildilər, 2 gün sürdüm, yenə işıq yandı. Qaytardım özlərinə, dedilər bunda sensor (“datçik”) problemidir. Onu da dəyişdilər, bir neçə gün sonra yenə işıq yandı. Bir də apardım, bu dəfə də dedilər yox, problem “datçik”lik deyil. Onu çıxarıb köhnə, maşının üstndəki “datçik”i yerinə qoydular. Bu dəfə dedilər ki, maşının pedalında əyrilik var. Mən motor ustalarının yanına göndərdilər. Təxminən 1 həftə fə maşın orda qaldı. “Motorist”lər yoxladılar, dedilər əyrilik yoxdu.

Mən təzədən servisə qayıtdım, oranın əməkdaşları dedilər proqramla düzəldəcəyik. Nəsə etdilər, yenə alınmadı. Axırda vatomobilin “body” deyilən hissəsini, beynini dəyişdilər. Bunan sonra 5 ay maşın işlədi. 2015-ci ilin dekabr ayında yenə işıq yandı, servisə apardım. Bu dəfə dedilər yəqin təkərdə boşluq var, biraz da onu qurdaladılar. Dedilər hə düzəltdik, get sür. Hətta onun üçün 10 manat da aldılar məndən. Bir həftə keçdi, yenə işıq yandı. Yanvarın 12-də bir də maşını servisə apardım. Mənə heç kim cavab vermədi, iki saat gözləyəndən sonra dedilər ki, “datçik”i dəyişmək istəyirik, amma sənəddə göstərilir “datçik” dəyişib. Mən də izah etdim ki, özünüz də bilirsiz, təzə “datçik”i çıxarıb götürdünüz, bunda elə köhnəsidir. Dedilər hə bilirik, amma o sənədə vurulmayıb. Sənəddə yazılıb ki, sizin maşına yeni “datçik” qoyulub”.

Şirkət əməkdaşı bu ilin yanvar ayında Z.Səfərəliyevin təkrar müraciətinə artıq qiymətləri bahalaşdığını və zavoddan ehtiyat hissələrinin verilmədiyini deyib: “Şirkətin işçisi deyir ki, zavod daha bizə detalları vermir, indi çox bahalaşıb. Bir ehtiyat hissəsini iki dəfə ala bilmərik. İki-üç gün də gözləyin, görək nə edə bilərik. Bundan sonra zəmanət şöbəsinə müraciət etdim, nömrəmi götürdülər. Amma hələ də xəbər yoxdur”.

Vətəndaş Ziya Səfərəliyev hələ zəmanət müddəti başa çatmayan maşının tam formada təmir edilməsini istəyir: “Əgər düzəlmirsə, mənə yeni maşın versinlər. Ya da normal formada düzəltsinlər. Bu maşının hələ bu ilin may ayına kimi zəmanəti var. Amma bir ildir, bu şirkətin servisi məni süründürür”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək