Cinsiyyət orqanı qoparılan Fərid üçün bankda hesab açıldı

Cinsiyyət orqanı qoparılan Fərid üçün bankda hesab açıldı
Bütün Xəbərlər
16:24 08.10.2014
3474

Qonşunun nəzarətsiz qalan iti uşağa hücum edib.

Biləsuvardakı köçkün qəsəbəsində itin hücumuna məruz qaldıqdan sonra ağır xəsarət alan Fərid Ağakişiyev üçün bankda hesab açılıb.

AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, kömək etmək arzusunda olanlar məbləği babası Allahyar Allahqulu oğlu Ağakişiyevin adına açılan bu hesaba köçürə bilərlər:

AtabankHesab nömrəsi: AZ 60 ATAZ 0110019304800014101

Bir neçə gün əvvəl xəbər verdiyimiz kimi, hadisə sentyabr ayının 19-da baş verib. Qonşunun nəzarətsiz qalan iti Cəbrayıldan olan məcburi köçkün, 2005-ci il təvəllüdlü Fərid Ağakişiyevin sol qolunu, sağ ayağının barmaqlarını, cinsiyyət orqanını dişləyərək qoparıb. O, indiyə qədər 2 dəfə əməliyyat olunub. 3-cü əməliyyat üçün tələb olunan vəsaiti ödəməyə ailənin imkanı çatmır.

Fəridin atasının onurğa sütununda problem olduğundan o, çalışa bilmir. Anası isə süd vəzilərinin xərçəngindən əziyyət çəkir. Buna görə də ailənin bütün ağırlığı Fəridin babası Ağakişiyev Allahyarın üzərinə düşüb.

OXŞAR XƏBƏRLƏR