''City Challenge'' ulduzları Bakının mərkəzində məşq etdi - FOTO

Bütün Xəbərlər
01:03 27.10.2012
1718
Bu gün Bakıda Azadlıq meydanından "City Challenge" yarışında iştirak edəcək avtomobillərin əsas məşqi keçirilib. Məşqlər 2,1 km uzunluğundaki yarış zolağı olan Hökumət Evi ətrafında keçirilib.
AZXEBER.COM-un məlumatına görə, burada həm klassik “Formula 1”, həm də GT 3, Cimkana avtomobilləri iştirak edib.Səhər saat 10.15-dən dəniz kənarındakı “Pitboks”lardan start götürən yarış maşınları əvvəlcə texniki baxışdan keçib. Daha sonra öncədən tərtib olunmuş cədvələ uyğun olaraq yürüş xəttinə çıxıblar. İlk olaraq xəttə dünənki paradda iştirak edən GT 3 maşınları görünüb.Təqribən 15 dəqiqəlik məşqdən sonra meydana klassik “Formula 1” avtomobilləri çıxıb. Qrafikə uyğun olaraq bir neçə dövrə vuran pilotların manevrləri tamaşaçıların hədsiz marağına səbəb olub.Avtomobillərlə yanaşı diqqəti yarış günü təhlükəli nömrələrlə çıxış edəcək qrupun məşqi də çəkib. Burada kəndir üzərində motosikl ilə hündürə yürüş nəzərdə tutulub.Əsas yarış oktyabr ayının 27 və 28-i təşkil olunacaq
OXŞAR XƏBƏRLƏR