C.Məmmədquluzadənin hekayə yaradıcılığı” mövzusunda açıq dərs olacaq

MƏDƏNİYYƏT
11:33 30.01.2012
3525
Fevral ayı ərzində görkəmli yazıçı- dramaturq Cəlil Məmmədquluzadənin ev-muzeyində ədibin anadan olmasının 143-cü ildönümünə həsr olunmuş “Xatirə günləri” çərçivəsində “Açıq qapı” günləri keçiriləcək.Muzeydən bildirilib ki, “Kiçik hekayələrin böyük ustası” devizi altında keçiriləcək “Açıq qapı” günlərində ədəbiyyat fənninin tədrisi proqramına uyğun olaraq müəllimlər muzeydə “C.Məmmədquluzadənin hekayə yaradıcılığı” mövzusunda “Açıq dərs”lər keçirməyə dəvət olunurlar. Bu silsilədən fevralın 2-də muzeydə 150 nömrəli məktəbin V sinfinə C.Məmmədquluzadənin “Buz” hekayəsi tədris olunacaqdır.

OXŞAR XƏBƏRLƏR