Coni və poni

Coni və poni
Bütün Xəbərlər
13:59 26.09.2013
1219

Elşən MusayevBir zamanlar siyasi rəqiblərimiz hər hansı yalnışı edəndə əsəbləşərdik, dərhal aqressivləşərdik.

Sonra bir müddət keçdi, onların hərəkətindən təəccüblənməyə başladıq.İndi isə gülürük. Niyə? Çünki gülməli duruma gəliblər.Artıq bir tək siyasəti deyil, dövlətçiliyi, millətçiliyi, hətta Prezident seçkiləri kimi ciddi bir marafonu da lağlağı, məzhəkə obyektinə çeviriblər - ona görə.Sadəcə bu kontekstdə onlardan bir fərqimiz var: Radikal müxalifət siyasi müvazinətini itirərək, anlaqsız bir duruma gəlib gülür. Biz isə onların gününə, məziyyətinə gülürük. Gülməli hallarına gülürük.Və ya, bu insanların prioritetləri, ideyaları, hətta aksiyalardakı şüarları da özlərinə bənzər duruma gəlib. Bir az da konkretləşdirib Rəsul Quliyevin dili ilə desək: eynən cizgi flmi qəhrəmanlarını xatırladır bu bədbəxtlər.Sadəcə bədbəxt sözü böyük “B”hərfi ilə yazılma şərtilə...Efirdən başqa heç bir yerdən səsləri, avazları gəlmir. İctimai Televiziyanın 6 dəqiqəsindən az qala saman çöpündən yapışıbmışlar kimi yapışıblar. Elə bilirlər Cəmil Həsənli özünün bərbad, dağınıq, anlaşılmaz nitqi ilə bir tək Azərbaycanın deyil, eyni zamanda dünyanın problemlərini həll edib qurtaracaq.Oysa, ortalıqdakı mənzərə özündə bəlli bir gerçəkliyi ehtiva edir ki, Cəmil Həsənli nəinki 6 dəqiqə, hətta 6 gün 6 gecə belə durmadan, sərasər danışmalı olsa yenə bu xalqın, bu vətəndaşın siyasi təfəkkürünü zədələyə bilməz, onu getdiyi yoldan sapdıra, yayındıra bilməz.Sentyabrın 22-də guya bunlar öz aləmlərində mitinq keçirdilər. Adını da qoydular təbliğat aksiyası. Və sona qədər də bəlli olmadı ki, ora niyə yığışıblar, nə deməyə yığışıblar və ya kimin təbliğatını aparırlar.Çünki ortalıqda Cəmil bəydən çox “Əli bəy”, “İsa bəy” qışqırtıları vardı. Hələ bir az qədimdə ilişib qalanlar “Elçibəy” şüarı səsləndirməkdən belə çəkinmirdilər.Bir tək Cəmil Həsənlinin dediyi şer yadımdadır. Daha doğrusu demək istədiyi. Adam elə birinci bəndi bitirmişdi, şer yaddan çıxdı. Və elə məqamındaca bir haşiyə çıxım ki, bu şer-filan məsələsi Cəmilin İctimai Televiziyanın efirindən səsləndirdiyi absurd ittihamlara, mərkəzdənqaçmalara, eyni zamanda abstraktlara bənzəməz. Burada konkret misralar və qafiyələr olur.Vay o günə ki, onlardan birini unudasan. Və...elə unutdu da. Yanında lövbər salan qoruyucu mələklər: İsa Qəmbər və Əli Kərimli isə poeziyadan uzaq olduqları üçün tarixçi-şair Cəmil Həsənliyə yardım edə bilmədilər.Bu təxminən hər birimizin dəfələrlə baxdığı ”Bəxtiyar” filmindəki məhşur balet səhnəsini xatırladırdı. Hələ Allahdan şer Cəmil bəyin yadına sonradan düşdü və həmin şerin qolunu-qıçını sındıra-sındıra da olsa söyləyib sonuca vara bildi.Mitinqlə bağlı ən gözəl bənzətməni isə, heç mübaliğəsiz Rəsul Quliyev verib. Özünün də xəbəri olmadan. Eksklüziv telefon danışması ilə. O, ACP sədri ilə telefon söhbətində “Milli Şura”nın mitinqini “multfilm”, Eldar Namazovu tula, Cəmil Həsənlini isə bədbəxt adlandırıb. Tribunaya qalxmamaqla özünü biabırçılıqdan yayındıran S.Əkbərin hərəkətini isə təqdir edib...Bu dəmdə tək bir şey düşündüm: Nəhayət ki, C.Həsənli də R.Quliyevin “badbaxtlar” siyahısına düşmək şərəfinə nail oldu. Hər halda kiçik miqyaslı şərəf deyil. Rəsul müəllim hər yoldan ötənə bu ayamanı qoymur...Və nəhayət, mitinqdəki məhşur “Coni” plakatı. Hansı ki,“Azadlıq” radiosu da bu biabırçılığı utanmaz-utanmaz manşetinə qədər daşımışdı.Əslində tam anladığım bir şey olmadı. London bəlirtilərindən savayı. Və ya, adamlar 3 günlük İngiltərə səyahətindən sonra Cəmil bəyi Coni edəcək qədər “fışqırıq” fantaziyaya köklənibmişlər. Sadəcə məsələdən biz yenicə xəbər tutmuşuq.Amma... anidən xatırladım ki, haqqında danışdığımız qaraguruh Cəmil Həsənlinin timsalında bir də ağ atlı oğlan təsviri, obrazı yaratmışdı axı. Yəqin məqamı gələndə kükrəməsi gərəkən milli at tapa bilməyiblər, adamı qlamur poniyə mindirmək qərarı veriblər. Cəmil bəyin yeni adını da bir şəkildə ona uyğunlaşdırıb kontrast yaradıblar: Coni və Poni.Nə deyim, Allah ağıl versin. Elə hər mənada!

OXŞAR XƏBƏRLƏR