COP-29-un Azərbaycan üçün əhəmiyyəti: Bütün dünyanın gözü Bakıda olacaq

COP-29-un Azərbaycan üçün əhəmiyyəti: Bütün dünyanın gözü Bakıda olacaq
SİYASƏT
16:05 29.08.2024
2874
Məlum olduğu kimi, 11 - 22 noyabr tarixində Azərbaycan beynəlxalq səviyyəli mötəbər tədbirə - "COP-29 - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Konfransı"na ev sahibliyi edəcək.
 
İrimiqyaslı tədbir çərçivəsində Bakıda ətraf-mühitin mühafizəsinə həsr olunan panel görüşlər keçiriləcək və dünyada habelə ölkəmizdə ekoloji vəziyyətin düzəldilməsi istiqamətində qərarlar qəbul ediləcək.
 
Qeyd edək ki, Bakıda keçiriləcək COP-29 konfransına yüzdən çox ölkənin rəsmi şəxsi, o cümlədən ekoloji məsələlərlə məşğul olan ekoloqlar, media, QHT nümayəndləri gələcəklər.
 
Bəs "COP-29 - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Konfransı"nın Azərbaycanda keçirilməsi ölkəmizə nə vəd edir?
 
Ümumən, bu dəbdəbəli konfransın Bakıda təşkil edilməsinin ekologiyaya hansı təsirləri olacaq?
 
Məsələyə geosiyasi aspektdən yanaşan siyasi şərhçi Məhəmməd Əsədullazadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, COP-29-un Azərbaycanda keçirilməsi ölkəmizə qarşı diqqəti həm Qafqazda, həm də regionda artıracaq:


"COP-29 - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Konfransının Azərbaycanda keçirilməsi dünya dövlətlərinə ölkəmizə qarşı diqqəti artırır. Bu, Azərbaycanın həm Qafqazda, həm də dünyada geosiyasi mövqeyini gücləndirməsinə gətirib çıxarıb. Bu təkcə iqlim konfransı deyil. Burada təhlükəsizlik məsələləri də müzakirə olunacaq. Azərbaycanın bu cür mötəbər tədbirə ev sahibliyi etməsi ölkə siyasəti və iqtisadiyyatına həmçinin təhlükəsizliyə verdiyi töhfələri də nəzərə alınır. Əlbəttə ki, Azərbaycanın Cənubi Qafqazda və Xəzər regionunda ekoloji vəziyyətin yaxşılaşdırılması, iqlim dəyişikliyinə qarşı qəbul etdiyi qərarlar, aparılan siyasət bu istiqamətdə yüksək qiymətləndirilir. Azərbaycan bu gün dünyada ekologiyanın çirklənməsinə qarşı da mübarizə aparır. Düşünürəm ki, Azərbaycan bu konfransda Ermənistanda olan atom elektrik stansiyasının bağlanmasını tələb etməlidir".
 
Politoloq hesab edir ki, COP-29 konfransı bitdikdən sonra Azərbaycana qarşı beynəlxalq siyasi etimad və dəstək kifayət qədər artacaq:
 
"Ümumi götürdükdə isə siyasət cəhətdən COP-29 qeyd etdiyim kimi yalnız iqlim məsələsi deyil, o cümlədən siyasi bir tədbirdir. Azərbaycan İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda yaratdığı yeni nizamlar - sülh və təhlükəsizlik istiqamətində atdığı addımlar bu konfransın Azərbaycanda keçirilməsinə dəstək verir. Azərbaycan həmçinin balanslı siyasət yeridir, heç bir konsentrasiyalarda deyil. Hesab edirəm ki, COP-29-un Azərbaycanda keçirilməsi ölkəmizi habelə bu təşkilatı artıq dünyaya daha da tanıtdı. Bu gün Qərb ölkələrinin mətbuatında COP-29-un Azərbaycanda keçirilməsiylə əlaqədar xeyli sayda məqalə dərc olunur. Düşünürəm ki, bu mötəbər tədbirdən sonra Azərbaycana qarşı beynəlxalq siyasi etimad və dəstək kifayət qədər artacaq".
 
Mövzuya ekoloji prizmadan yanaşan Ekoloq - Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, bu tədbirdə dünyanın və xüsusən də Azərbaycanın ətraf-mühit, iqlim problemlərinə xüsusi diqqət göstəriləcək və həll istiqamətində müəyyən addımlar atılacaq:

 

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Konfransının növbəti sessiyasının Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malikdir. Bu kimi beynəlxalq tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi onun siyasi arenada mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq. Digər tərəfdən, adından da göründüyü kimi ətraf-mühit problemləri, qlobal iqlim dəyişiklikləri kimi problemlərlə məşğul olan bir konfrans kimi Azərbaycanda da ətraf-mühit problemlərinə öz töhfəsini verəcəyinə böyük ümidimiz var. Çünki Azərbaycan da yer kürəsinin bir parçası olaraq qlobal problemlərdən kənar deyil. Azərbaycan da iqlim dəyişiklikləri, o cümlədən şoranlaşma, səhralaşma proseslərinə məruz qalır. Azərbaycan üçün bu yöndə xüsusi qərarlar verə biləcək səlahiyyətli şəxslərin belə məsələlərlə maraqlanması xüsusi önəm daşıyır. Bu konfransın toplantılarında dünyanın bir çox ölkələrinin siyasi rəhbərləri qatılacaq”.
 
C. Bəxtiyar əlavə edib ki, tədbirdə həmçinin Ermənistanın uzun illər Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrordan da bəhs olunacaq və bu, bir daha dünya ictimaiyyətinə çatdırılacaq:
 
"Bu tədbirin keçirilməsinin heç bir mənfi nəticələri ola bilməz. Əksinə, siyasi müstəvidə Azərbaycanın inkişafına təkan verəcək bir tədbirdir. Bu qəbildən olan iriqmiqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi böyük dividentlər qazandırır. Azərbaycanın imicinin daha da formalaşmasına, yaxşılaşmasına imkan yaradır. Dövlət başçıları səviyyəsində keçirilən beynəlxalq tədbirdə əgər beynəlxalq ətraf-mühitin bugünkü problemləri işıqlandırılacaqsa, demək ki, onların həll yolları da həmin konfransda, panel müzakirələrdə araşdırılacaq. Sonda problemlərin həlli məsələsində son qərarlar veriləcək və icra məsələlərinə baxılacaq. Bundan əlavə, COP-29-da qəsbkar və işğalçı Ermənistanın uzun illər işğal altında saxladığı Qarabağ torpaqlarımızdakı ekoloji terror beynəlxalq ictimaiyyətin diqqətinə bir daha da çatdırılacaq".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc edilib.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR
18:21 05.11.2026
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR