“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
SİYASƏT
09:45 27.04.2024
377
"COP224 aprel 2024-cü ildə ADA Universitetində keçirilən beynəlxalq forumda prezident  İlham Əliyev dərin  məzmunlu  tarixi  bir çıxış  etdi. Dövlət başçısı çıxışında qeyd etdi ki, COP29-a Azərbaycanın  ev sahibliyi etməsi  ölkəmizin  ekoloji     problemlərlə   ciddi məşğul olmasının, 1994-cü ildən bəri bütün neft əməliyyatlarının, beynəlxalq ətraf mühit mühafizəsi standartlarına  əsasən aparılmasının, investorların dünyanın aparıcı şirkətlərinin olması və ətraf mühitə diqqətlə  yanaşmanın  nəticəsidir.

COP29-un əhəmiyyəti ondadır ki, biz dünyaya söyləyəcək sözlərimizi, həqiqət hekayəmizi  olduğu kimi dünyaya çatdıra biləcəyik. On minlərlə qonağın gəlməsi, iki həftə Azərbaycanda olması imkan verəcək ki, hətta ilk dəfə Azərbaycana gələnlər belə vəziyyəti qiymətləndirmək imkanı əldə etsin, bizim planlarımızın nədən ibarət olduğunu bilsin.

Prezident İlham Əliyev bu tarixi çıxışında 9 ayda qazanılmış uğurlardan, heyranedici  hadisələrdən danışdı:"Azərbaycanın bütün ərazisində suverenliyin bərpası üçün nəhəng addımlar atıldı, bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir, yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur, Qazaxın kəndləri geri qaytarıldı, Rusiya sülhməramlıları    Azərbaycanı tərk edir. Yəni inanılmaz hadisələr baş verir.

Elə COP29 sülh prosesinin nəticəsidir ki, bunun sayəsində Azərbaycan COP29-a ev sahibliyi  hüququ qazandı. Cop29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarının, irəliləyişin nəticəsidir.

Prezident İlham Əliyev çıxışında söylədi ki, COP29-un bizə həvalə edilməsinə qədər biz ekoloji  problemlərlə ciddi məşğul olduq, iqlim dəyişkənliyinin mənfi fəsadlarını azaltmağa çalışdıq.

Əgər əvvəllər Xəzər dənizi irəliyə gəlir geri çəkilirdisə, indi dəniz yalnız geri çəkilir. Bu da ciddi  problemdir. Nəinki ekoloji, həm də Kommunikasiya layihələri  ilə bağlı  problemdir. Bununla da bağlı ətraf mühitin mühafizəsi üçün  çox işlər görülür.

Prezident çıxışında "Neft hasil edən ölkə COP29-a sədrlik edir mesajını verənlərə də tutarlı cavab verərək bildirdi ki, biz resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanması, infrastruktur, yaşıl enerji üçün istifadə edirik. Neft və artan qaz hasilatına malikik, eyni zamanda yaşıl enerji layihələrini də inkişaf etdiririk.

Prezident çıxışında eyni zamanda ölkəmizdə yüksək səviyyəli təhsilin prioritet olduğunu söyləyib. Gənc nəslin aparıcısı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi Prezident  proqramının  mövcud olduğunu bildirdi.

Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən Prezident İlham Əliyev söylədi ki, biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma Fransa, Hindistan və Yunanistanın bu ölkəni bizə qarşı necə silahlandırdığını görüb, sakit oturub gözləyə bilmərik. Biz mövqeyimizi   Ermənistana və onun "qayğısına”qalmaq istəyənlərə açıq şəkildə bildirməliyik.

Prezident xarici siyasət məsələlərinə çıxışında geniş yer ayıraraq, Avrasiya İqtisadi ittifaqı, Almaniya, İtaliya, Çin, Rusiya və Türkiyə ilə münasibətlərin üstün və mənfi tərəflərinə aydınlıq gətirdi. Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə ikitərəfli əlaqələrin qənaətbəxş olduğunu bildirdi.Azərbaycan-Almaniya əlaqələrində qarşılıqlı iqtisadi maraqların mövcud olmasını və ikitərəfli münasibətlərin  ən fəal dönəmdə  olmasını müsbət qiymətləndirdi.

Azərbaycan-Çin münasibətlərinin uğurla, qarşılıqlı hörmət və dəstək əsasında inkişafından, Çinin həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Rusiya ilə əməkdaşlığın böyük  hissəsinin humanitar sahəyə aid  olduğunu, İtaliyanın ən yaxşı və etibarlı tərəfdaş olduğunu,  Qarabağda, Şərqi Zəngəzurda fəaliyyət  göstərən aparıcı ölkə olduğunu bildirdi.  

Prezident əminliklə bildirdi ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk.

Təyyubə Hüseynova
Abşeron rayon, Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün xoş xəbər alacaq 3 bürc
10:53 07.10.2026
Bu gün xoş xəbər alacaq 3 bürc
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
10:52 07.10.2026
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
10:48 07.10.2026
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
10:41 07.10.2026
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
10:16 07.10.2026
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
10:00 07.10.2026
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq