COVID xəstəxanasının infeksionisti: “Bütün bunlar ölkəni karantin rejimini sərtləşdirməyə məcbur edəcək”

COVID xəstəxanasının infeksionisti: “Bütün bunlar ölkəni karantin rejimini sərtləşdirməyə məcbur edəcək”
SAĞLAMLIQ
21:12 17.08.2021
1248
Bütün dünya "Delta” və ya Hindistan ştammı adlandırılan koronavirus növünün sürətlə yayılmasından narahatdır. Virus ştammının Azərbaycanda da aşkar olunmasından sonra ölkədə yoluxanların sayı kəskin şəklidə artıb və bu gün biz artıq pandemiyanın dördüncü dalğasını yaşayırıq.

Media.Az COVID xəstəxanasının infeksionist mütəxəssisi Nicat Əzimli ilə ölkədə mövcud pandemik vəziyyəti müzakirə edib.

Həkmin sözlərinə görə, bu gün ağır xəstələrin sayı, keçmiş koronavirus dalğaları ilə müqayisədə daha çoxdur. Xüsusilə də yaşlıların vəziyyəti ağırdır. Lakin gənclər və uşaqlar arasında da yoluxma hallarına daha tez-tez rast gəlinir.

"Əvvəllər azyaşlılarda xəstəlik simptomsuz keçsə də, indi uzun müddət aşağı düşməyən yüksək temperaturla müşayət olunur. Bütün bu amillər müalicə prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir, çox güclü dərmanlardan istifadə məcburiyyətini yaradır”, - deyə Əzimli bildirib.

O, dövlətin yaratdığı şərait sayəsində COVID xəstəxanalarında xəstələrə yüksək keyfiyyətli tibbi xidmət göstərildiyini də vurğulayıb. Hərçənd, bu günlərdə tibb müəssisələrinə böyük xəstə axınını nəzərə aldıqda, vəziyyətin tədricən mənfiyə doğru dəyişə biləcəyini də istisna etməyib.

"Bütün bunlar ölkəni karantin rejimini sərtləşdirməyə məcbur edəcək. Ancaq ədalətlə desək, vətəndaşların vaksinasiyaya müsbət münasibətinin artdığını görürük. Payızın gəlməsi ilə tənəffüs yollarının yoluxucu xəstəliklərinin say etibarilə artdığını hamı bilir. Bu hər il baş verən təbii bir prosesdir. Ancaq vətəndaşlar aktiv şəkildə peyvənd edilsə, bu risk heçə endiriləcək”, -deyə həkim əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
15:45 28.08.2025
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
15:41 28.08.2025
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
15:33 28.08.2025
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
15:22 28.08.2025
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
15:15 28.08.2025
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO