Cücə sexində güclü güclü yanğın: xəsarət alanlar var

Cücə sexində güclü güclü yanğın: xəsarət alanlar var
Bütün Xəbərlər
11:58 15.11.2012
873
Noyabrın 15-nə keçən gecə Biləsuvar rayonu ərazisində yanğın hadisəsi baş verib.AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Təzəkənd kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 1260 kvadrat metr olan dəmir konstruksiyalardan ibarət cücə sexinin pasetik paneldən ibarət üzlüyü yanıb. Hadisə zamanı sexin içərisində olan cücələr tələf alıb, sexdə olan iki nəfər yanıq xəsarətləri alıb.Xəsarət alanlar xəstəxanaya aparılıb. Sexin içərisində olan 6 ədəd 20 litrlik qaz balonu yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR