DÇ-2026-nın ən yaraşıqlı futbolçuları açıqlandı

DÇ-2026-nın ən yaraşıqlı futbolçuları açıqlandı
İDMAN
22:28 19.06.2026
236
Süni intellekt texnologiyaları üzrə ixtisaslaşan şirkət 2026-cı il dünya çempionatının axtarış sistemlərində ən çox axtarılan 150 futbolçusunun xarici görünüşünü təhlil edib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, üzün simmetriyasını, balansını və harmoniyasını müəyyən edən "qızıl nisbət"ə əsaslanan araşdırmanın nəticələrinə görə, dünya birinciliyinin ən yaraşıqlı oyunçusu adını 74.18% reytinqlə Argentina yığmasının yarımmüdafiəçisi Rodriqo De Paul (fotoda solda) qazanıb.

Reytinqin ikinci pilləsində Almaniya millisinin hücumçusu Kay Haverts (74.10%) qərarlaşıb. Liderlər üçlüyünü isə İngiltərə yığmasının vingeri Noni Madueke (73.29%) tamamlayır. Onların ardınca siyahıda misirli Məhəmməd Salah (73.27%), braziliyalı Endrik (73.25%) və koreyalı Son Hın Min (73.24%) yer alıblar.

Portuqaliya millisinin kapitanı və hücumçusu Kriştianu Ronaldu isə bu siyahıda 45-ci yerdə qərarlaşıb. Tədqiqatı aparan şirkət nümayəndələri bu faktı belə şərh ediblər:

"O öz imicinə ən çox diqqət yetirən futbolçulardan biridir, lakin burada 45-ci yerdə olması "qızıl nisbət"in nə dərəcədə spesifik olduğunu sübut edir. Bu sistem üslubu, xarizmanı və ya populyarlığı deyil, yalnız və yalnız üzün proporsiyalarını ölçür".
OXŞAR XƏBƏRLƏR