Dövlətə xəyanət və casusluğa görə 12 nəfər ifşa edilib

Bütün Xəbərlər
17:33 28.03.2011
1765


Milli Təhlükəsizlik Nazirliyinin çox mühüm bir fəaliyyət istiqamətini terrorçuluğa qarşı mübarizə təşkil etdiyini bildirən nazir Eldar Mahmudov, 2010-cu ildən hazırkı dövrədək antiterror xətti ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 9 cinayət işinin başlandığını, 29 nəfərin cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd edib. 

Nazir Eldar Mahmudov korrupsiya probleminə ayrıca toxunaraq bildirib ki, bu, Azərbaycan Prezidentini və cəmiyyətini narahat edən bir məsələdir. Ötən dövr ərzində korrupsiya faktları üzrə ümumən 8 cinayət işi başlanıb, 12 nəfər məsuliyyətə cəlb olunub. 

“Nazirliyin funksional vəzifələri arasında informasiya təhlükəsizliyinin təmini xüsusi önəm daşıyır. İnformasiya texnologiyaları sahəsində cinayətlərlə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində fəaliyyətin müasir tələblərə uyğun qurulmasına ciddi fikir verilir. Təcrübə göstərir ki, açıq qaynaqlar bir sıra ölkələrdə sabitliyin total surətdə pozulması üçün vasitə rolunu oynayır. Xüsusən təbii sərvətlərlə zəngin, həssas dini mühiti və çoxmillətli olan ölkələr hədəfə alınır. Təsir altına yetkin siyasi şüura malik olmayan gənclər düşür. Bu vəziyyətdən xarici qüvvələr, həm də daxildəki müəyyən ünsürlər faydalanmağa çalışırlar. Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə keçirilən səmərəli əməliyyat-axtarış tədbirləri nəticəsində ötən dövr ərzində ümumən 24 cinayət işi başlanıb, 44 nəfər cinayət məsuliyyətinə cəlb olunub”, - deyə Eldar Mahmudov vurğulayıb.

Nazir qeyd edib ki, milli-mənəvi dəyərlər, demoqrafik sabitlik və humanitar təhlükəsizlik cəmiyyət üçün vacib meyarlardır. Bu mənada, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri, o cümlədən Azərbaycanın enerji və nəqliyyat təhlükəsizliyinin təmini hər zaman olduğu kimi fəaliyyət prioritetlərini təşkil edir. 

Nazirin sözlərinə görə, bu sahələrdə önəmli uğurlar əldə edilib. Ötən müddət ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində 30 transmilli qrup zərərsizləşdirilib, 1 ton 550 kiloqram narkotik müsadirə olunub, həmin faktlarla bağlı 44 cinayət işi başlanıb. Bu istiqamətdə digər dövlətlərin hüquq mühafizə və xüsusi xidmət orqanları ilə qurulmuş səmərəli əməkdaşlıq münasibətləri xüsusi qeyd edilib. 

İstintaq fəaliyyətinin səmərəli aparıldığını, cinayətlərin açılmasına, cinayətkarların ifşa olunmasına dəyərli töhfələr verildiyini qeyd edən nazir Eldar Mahmudov, ötən müddət ərzində Milli Təhlükəsizlik Nazirliyində 147 cinayət işinin istintaqının başa çatdırıldığını bildirib.

 

OXŞAR XƏBƏRLƏR